Rus ordusu yenidən silahlanacaq
23 Mart 2009 Bazar Ertəsi 15:15
Rusiya prezidenti Dmitriy Medvedev bəyan edib ki, 2011-ci ildən etibarən ordu və donanmanın miqyaslı şəkildə yenidən silahlanması başlayacaq.

İlk dəfə ali baş komandan kimi Müdafiə Nazirliyinin geniş iclasında iştirak edən prezident bildirib ki, başlıca məqsəd Rusiya qüvvələrinin hazırlıq qabiliyyətinin artırılmasıdır və burada xüsusi diqqət strateji nüvə silahlarına verilməlidir.

Rusiya orduya xeyli vəsaitlərin ayrılmasını planlaşdırır və bildirilir ki, böhran və gəlirlərin əhəmiyyətli enimi yenidən silahlanmaya ciddi təsir etməməlidir.

Bu gün Rusiya müdafiə nazirliyinin kollegiyasında çıxış edən prezident Dmitriy Medvedev bəyan edib ki, dünyadakı hərbi-siyasi durumun analizi bir sıra bölgələrdə ciddi münaqişə potensialının qaldığını göstərir.

Cənan Medvedevə görə, məhəlli böhranlar, beynəlxalq terrorizm əsas təhlükələrdəndir. Habelə, prezidentə görə, NATO-nun Rusiya sərhədləri yanında genişlənmə cəhdləri davam edir və bütün bunlar silahlı qüvvələrin modernləşdirilməsi və yeni silahlarla təhciz edilməsini tələb edir:

"İndi ordu üçün yeni silahlarların alınması və işlənməsinə xeyli vəsaitlər ayrılır. Özüdə maliyyə problemlərinə baxmayaraq, bu istiqamətə ayrılan vəsaitlərin həcmi faktiki dəyişməyib. Ötən il bir sıra hərbi birləşmələr artıq yeni texnikaya keçiblər, 2011-ci ildən isə ordu və donanmanin miqyaslı şəkildə yenidən silahlanması başlayacaq".

2011-ci ilə qədər Rusiya yeni silahların alınmasına təxminən 140 milyard dollar pul xərcləməyi planlaşdırır. Ümumi yenidən silahlanma prosesi daha uzun perspektivi əhatı edir. Bu perspektivin mərhələlərini müdafiə naziri Anatoliy Serdyukov belə açır:

"2015-ci ilə kimi orduda müasir silahların payı 30 faizə çatdırılacaq. 2020-ci ilə bu göstərici 70 faizə çatıdırılacaq. Bunun üçün əsas şərt silahlanma üzrə dövlət proqramının maliyyələşdirilməsinin təyin edilmiş həcmlərdə və inflyasiya nəzərə alınmaqla ilbəil həyata keçirilməsidir", deyib hərbi nazir Serdyukov.

Bir çox ekspetlərə görə, Moskvanı yeni silahları prioritet kimi qabartmasına başlıca səbəblərdən biri ötən avqustda Gürcüstanla olmuş qısa müharibə olub. Moskvalı hərbi ekspert Aleksandr Qoltsda belə düşünür:

"Rəsmən göstərildiyi kimi, hazırda Rusiya ordusundakı silahların ancaq 10 faizi muasir hesab olunur. Qalan silahlar SSRİ-dən qalan mirasdır. Gürcüstanla müharibə bu texnikanın nə qədər köhnə olmasını açıq nümayiş etdirdi. Ümumən hazırda prinsip ondan ibarətdir ki, nəhəng səfərbər ordudan mobil orduya keçmək. Artıq hamı anlayır ki, kütləvi ordunu silahlandırmağa pul çatdırmaq mümkün deyil", deyir cənab Qolts.

Moskvada hesab edirlər ki, kütləvi ordudan imtina edib daha keyfiyyətli və yaxşı təhciz edilmiş mobil orduya keçidin vaxtıdır.

Strateji baxımdan isə ölkənin təhlükəsizliyini nüvə silahıyla qorumaq mümkündür. Düzdür, yaxşı təhciz edilmiş mobil ordu xeyli pul tələb edir və müşahidəçilərə görə, gəlirləri məhdudlaşmış Rusiya üçün bu yükü çəkmək elə də asan olmayacaq.

 


DOSTLARINLA PAYLAŞ:

oyunlar