Serj Sarkisyan Soçidən qaçır?
07 Avqust 2014 Cümə Axşamı 11:04
Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşündə iştirak etmək istəmədiyinə dair xəbərlər yayılıb.
ANS PRESS-in məlumatına görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutmayacağı haqqında iddialar yayılıb. “Novosti Armeniya” saytının xəbərinə görə, erməni politoloqlar hesab edir ki, Ermənistan baş naziri Ovik Abramyan prezidentlərinin görüşünün keçiriləcəyini bəyan etsə də onun dedikləri reallığı əks etdirmir.

“Çünki Abramyan çox vaxt bəyanat verir və çox vaxt onun bu bəyanatının nəticəsi olmur”, deyə erməni politoloqlar bildirir.

Qeyd edək ki, cəbhədə son vaxtlar baş verən hadisələrdən sonra avqustun 8-9-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar