Meksikaya yeni səfir təyin edilib
14 Aprel 2009 Çərşənbə Axşamı 19:25
İlqar Muxtarov bu təyinatadək Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində işləyib

 

Prezident İlham Əliyev, İlqar Yusif oğlu Muxtarovun Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə İlqar Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib.

Qeyd edək ki, İlqar Muxtarov bu təyinatadək Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində işləyib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar