Cemil Hesenli cezalandırılmalıdır
20 Sentyabr 2013 Cümə 12:38
Siyavuş Novruzov: Cemil Hesenli efir vaxtından istifade ederek platforması ile yox, bize qarşı şer-böhtan kampaniyası ile meşğuldur.
İctimai TV-də ötən gün baş tutan debatda Milli Şuranın namizədinin şəxsən özü tərəfindən bizim namizədin, Azərbaycanın faktiki prezidentinin təhqir olunması ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) rəsmi şikayət məktubu hazırlayır”.

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, dünənki debatda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçki qanunvericiliyi, eyni zamanda insan haqları ilə bağlı digər qanunvericilikləri kobud şəkildə pozaraq YAP-ın namizədinə qarşı təhqiramiz ifadələr, şər-böhtan səsləndirib ki, buna görə də cəzasını almalıdır: “Onsuz da Cəmil Həsənli efir vaxtından istifadə edərək platforması ilə yox, bizə qarşı şər-böhtan, təhqir kampaniyası ilə məşğuldur. Biz bununla bağlı hazırda Mərkəzi Seçki Komissiyasına rəsmi məktub hazırlayırıq və MSK-dan tələb edəcəyik ki, ciddi şəkildə bu məsələ araşdırılsın və təqsirkar ciddi cəzalandırılsın”.

S.Novruzovun sözlərinə görə, dünənki debatda, ümumiyyətlə, kampaniya çərçivəsində YAP namizədinin səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyətə, milli-mənəvi dəyərlərə toxunulacaq heç bir ifadə işlədilməyib: “Əksinə, bizim namizədə, eyni zamanda səlahiyyətli nümayəndəyə qarşı təhqiramiz ifadələr işlədilib, böhtan atılıb. Bu da ciddi şəkildə qanun pozuntusudur ki, təqsirkar tezliklə ciddi cəzasını almalıdır”.

YAP rəsmisi onu da xatırladıb ki, Cəmil Həsənli və “Azadlıq” qəzeti barədə qeyri-qanuni seçki təbliğatı ilə bağlı şikayət məktubları da YAP qərargahında hazırlanır və tezliklə MSK-ya, beynəlxalq təşkilatlara ünvanlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar