Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı güllələnib. ANS PRESS-in regions.ru saytına istinadən verdiyi məlumata görə, hadisə şəhərdəki Aviatorlar parkında, «Marina» adlı kafenin yanında baş verib. 32 yaşlı Elşad Nağıyev döş qəfəsindən, əlindən və boynundan güllə yaraları alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerində 9 mm kalibrli güllə tapılıb. Hadisə şahidlərinin məlumatına görə, atəş açan şəxs xarici görünüşdən qafqazlıya bənzəyib. /ANS PRESS/