Nazir Taner Yıldız Bakı səfərindən danışdı
18 Sentyabr 2014 Cümə Axşamı 23:40
Nazir Taner Yıldız: Bu, faktiki olaraq "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına başlamaq anlamına gəlir.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi barədə danışıb.
ANS PRESS-in məlumatına görə, "TRT Haber" telekanalına danışan Taner Yıldız bildirib ki, TANAP Türkiyə üçün vacibdi
Onun sözlərinə əsasən, TANAP Türkiyə iqtisadiyyatının inkişafına, həmçinin qaz çatışmazlığı probleminin həllinə kömək edəcək.
T.Yıldız qeyd edib ki, Ankara TANAP-la yanaşı, Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsini yüksək qiymətləndirir: "Bu, faktiki olaraq "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına başlamaq anlamına gəlir".
Nazir bildirib ki, sentyabrın 20-də yenidən Bakıya səfər edəcək: "Bakıda Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin başlanılması mərasimi keçiriləcək".
DOSTLARINLA PAYLAŞ: