Allahşükür Paşazadə Həsən Ruhani ilə görüşüb
13 Noyabr 2014 Cümə Axşamı 16:43
Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan və İranın dini sahədə əməkdaşlığından, bu əməkdaşlığın sülh və əmin-amanlığa, hər iki dövlətin inkişafına müsbət təsirindən danışılıb. Həmçinin Azərbaycan və İran xalqları üçün qarşılıqlı maraq kəsb edən bəzi məsələlər müzakirə edilib.

Həsən Ruhani də ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirib.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad və başqaları iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar