Zakir Hesenov müdafie nazirlerini Naxçıvanda topladı
18 Avqust 2014 Bazar Ertəsi 17:25
Azerbaycan ve Gürcüstan Müdafie nazirleri Zakir Hesenov ve İrakli Alasaniya Naxçıvandadır.
Azerbaycan ve Gürcüstan Müdafie nazirleri Naxçıvandadır.
Müdafie Nazirliyinin metbuat xidmetinden ANS PRESS-e verilen melumtata göre, nazir general-polkovnik Zakir Hesenov ve Gürcüstanın müdafie naziri cenab İrakli Alasaniya Azerbaycan, Gürcüstan ve Türkiye müdafie nazirleri arasında üçterefli formatda planlaşdırılan danışıqlarda iştirak etmek üçün Naxçıvan şeherine gelibler.
Günün ikinci yarısında Türkiyenin milli müdafie naziri cenab İsmet Yılmazın da Naxçıvan şeherine gelişi gözlenilir.
Avqustun 19-dek davam edecek sefer zamanı müdafie nazirlerinin Naxçıvan Muxtar Respublikasının Ali Meclisinin sedri cenab Vasif Talıbovla görüşü, nazirler arasında üçterefli formatda danışıqlar, elahidde Ümumqoşun Ordusunun herbi hisseleri, Naxçıvanın tarixi ve medeni abidelerinin ziyaret olunması nezerde tutulub.
DOSTLARINLA PAYLAŞ: