Siyasət

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşəcək

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşəcək.

· Xəbərçi
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşəcək
Aprel ayında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi olacağı gözlənilir. Bunu ANS PRESS-ə açıqlamasında "SOCAR Turkey Enerji"nin prezidenti Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, TANAP layihəsinin təməqoyma mərasimi Qars şəhərində qoyulacaq.

“Təməlqayma mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir. Aprel ayında inşallah TANAP layihəsinin həyata keçirilməsi istiqamətində işlərə başlanılacaq”, - deyə Kənan Yavuz ANS PRESS-ə aqçılamasında bildirib.

Şərhlər