Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
15 Avqust 2014 Cümə 10:13
Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü Partiyasının (AKP) İdarə heyətinin toplanacağını bildirib.
ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan İdarə heyətinin yığıncağı sonrasında yeni baş nazirin müəyyən olmasının mümkünlüyünü də dilə gətirib.
Prezidentliyin əhəmiyyətindən danışan Rəcəb Tayyib Ərdoğan artıq hazırki iqamətgahından da köçəcəyini də bildirib.
Növbəti baş naziri kimin seçəcəkləri haqqında danışan Rəcəb Tayyib Ərdoğan “indi nəsib olsa cümə axşamı günü bir İdarə heyətinin konfransını edəcəyik. Konfransda bir çox mövzu ilə bərabər bu mövzunu da yenə aramızda müzakirə edəcəyik. Toplantıdan sonra hər şey aydın olacaq” deyib.
Bundan əlavə Rəcəb Tayyib Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycan və Şimali Kiprə edəcəyini bildirdi.
“İlk xarici ziyarətimi Azərbaycan və Şimali Kiprə edəcəyəm”- deyə Rəcəp Tayyip Ərdoğan rəsmi elan etdi.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan prezident seçilməsi münasibəti ilə təbrikində Azərbaycanın dövlət başçısı onu ölkəmizə səfərə dəvət edib.
Ümumiyyətlə Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq qardaş ölkəyə gerçəkləşdirirlər.
DOSTLARINLA PAYLAŞ: