Azərbaycan və Tacikistan prezidentlərin görüşür
16 Oktyabr 2014 Cümə Axşamı 10:25
Azərbaycan və Tacikistan prezidentlərin görüşü başlayıb. Emomali Rahmon: İlham Əliyevin səfəri tərəflər arasında yeni səhifə açacaq.

Azərbaycan və Tacikistan prezidentlərin görüşü başlayıb

ANS PRESS-in məlumatına görə, görüşdə Emomali Rahmon qeyd edib ki, İlham Əliyevin səfəri Düşənbə və Bakı arasında qarşılıqlı əməkdaşlıqda yeni səhifə açacaq. Prezident bildirib ki, tərəflər dost münasibətlərin möhkəmləndirilməsi və hərtərəfli qarşılıqlı əməkdaşlığın genişlənilməsi məsələlərini müzakirə etməlidir.

Görüş bağlı qapılar arxasında davam edir

Qeyd edək ki, prezidentlərin təkbətək görüşündən sonra iki ölkənin nümayəndə heyətlərinin geniştərkibli görüşü baş tutacaq. Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşlər zamanı bir sıra sahələri əhatə edən 10 sənədin imzalanması gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar