Rusiyanın Azərbaycandakı səfirliyi xarici pasport alınması üçün onlayn-xidmətə başlayıb
09 İyun 2011 Cümə Axşamı 00:23
Yenilik ərizələrin rəsmiləşdirilməsi prosedurunu sadələşdirməyə, konsul şöbəsinə getməyə sərf olunan vaxta və vəsaitə qənaət etməyə imkan verir.
Rusiyanın Azərbaycandakı səfirliyi xarici pasport və Rusiya vətəndaşlığı alınması üçün ərizələrin onlayn-rəsmiləşdirməsini tətbiq edib. Səfirliyin rəsmi saytının konsul xidmətləri bölməsində Rusiyanın www.passportzu.ru saytına daxil olmaq üçün link yerləşdirilib. Burada vətəndaşlar ərizə yaza, qeydiyyat nömrəsi ala və həmin sənədləri müstəqil çap edə bilərlər.

Yenilik ərizələrin rəsmiləşdirilməsi prosedurunu sadələşdirməyə, məsləhət almaq üçün konsul şöbəsinə getməyə sərf olunan vaxta və vəsaitə qənaət etməyə imkan verir. Bundan əlavə, bu sistem sayəsində vətəndaşlar növbə gözləmədən konsul şöbəsinə yaxınlaşıb, lazımlı sənədləri təhvil verə bilərlər.

Əlavə informasiya RF-nin Azərbaycandakı səfirliyinin saytında yerləşdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar