İsgender Hemidov hebs edildi
29 May 2013 Çərşənbə 15:30
İsgender Hemidovun hebsi dünen Novxanıda keçirilen mitinqde seslendirdiyi sert ifadelerle bağlıdır.
Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq özləri ilə aparıblar. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev məlumat veri.
Onun sözlərinə görə bir neçə nəfər “bozqurdçu” çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxlər, “polis” qışqıraraq onları yerə yıxdılar, İsgəndər Həmidovun isə qollarını buraraq maşına otuzdurublar. E. Tağıyev onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyir.
Güman olunur ki, sabiq daxili işləri və keçmiş siyasi məhbus Həmidovun həbsi dünən Novxanıda keçirilən mitinqdə hakimiyyətin ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlıdır.
DOSTLARINLA PAYLAŞ: