Seyran Ohanyan nəyi gizlədir?
07 Avqust 2014 Cümə Axşamı 11:18
Dağ kimi dayanıb, yarpaq kimi əsən erməni nazir Seyran Ohanyan.
Ermənistan mətbuatında güclü şəkildə iddia edirlər ki, Əliyev, Putin və Sarkisyanın gözlənilən üçtərəfli görüşündə münaqişə zonasına Rusiya sülhməramlılarının daxil edilməsi məsələsi həll ediləcək.

Qızardılmış şabalıdı alovun içində başqasının əlilə çıxartmağa alışmış ermənilər yenə də arzuladıqlarını gerçəklik kimi təqdim etməyə çalışırlar. İddia edilənlər bir neçə səbəb üzündən baş tuta bilməz. Ən başlıcası, Bakı heç zaman buna razılıq verməz. Həm də Ukrayna hadisələrindən sonra Moskvanın imici beynəlxalq aləmdə o qədər pisləşib ki, Rusiya yeni tənqid dalğası ilə üzləşməyi heç istəməz.

Bunu Seyran Ohanyan yaxşı anlayır. Mətbuat konfransında çıxışı zamanı o loğvalıqla iddia etdi ki, onun ölkəsinin hansısa üçüncü qüvvəyə ehtiyacı yoxdur və müdafiəni təkbaşına təşkil edəcək. Klassiklərdən birinin dediyi kimi, nazir həyasızcasına ağ yalan danışır. Bütün dünyaya məlumdur ki, Ermənistan hərbçiləri Gümrüdəki Rusiya bazasında təlim keçirlər. Elə bu yaxınlarda erməni KİV-ləri sevinclə bildirdilər ki, Rusiya bazasında erməni hərbçilərinin - tankçıların təlimlərinə başlanılıb. Yüzdən artıq zirehli maşın sürücüsü rusiyalı mütəxəssislərdən dağlıq ərazidə tankları idarə etmək və atəş açmaq strategiyasını öyrənəcək.

Rusiya həm də Ermənistanı, demək olar ki, pulsuz silah, texnika və sursatla təchiz edir. Rusiyadan olan sərhədçilər isə Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyur ki, bu da elə həmin Ohanyana öz silahlı qüvvələri ilə uğurlu manevrlər etməyə imkan yaradır.

Ohanyanın özünün sərhəddə yerləşən erməni kəndlərinin əhalisinə silah paylanması ilə bağlı təklifinə gəldikdə isə, nazir bildirib ki, məsələyə baxılır. Amma artıq bəllidir ki, başda prezident olmaqla, ölkə hakimiyyəti bunun əleyhinə çıxış edib. Qızmar erməni payızında insanların bu silahı kimə qarşı yönəldəcəyini bir Allah bilir.

Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatı (KTMT) hərbi ittifaqının Ermənistanı Azərbaycanın hücumundan qorumağa qoşulması məsələsinə də toxunulub. Müdafiə naziri bildirib ki, o və onun qərərgah rəisi KTMT rəhbərliyi ilə əlaqə saxlayır. "Detalları səsləndirmək istəməzdim",- deyə nazir bildirib.

Paradoks ondan ibarətdir ki, bu ittifaqa üzv olan ölkələrdən heç biri Dağlıq Qarabağı tanımır. Əgər belə bir ölkə yoxdursa, deməli, heç kimi müdafiə etməyə də ehtiyaca yoxdur. Ohanyan, yəqin ki, bunu curnalistlərə bildirməyə utanıb.

Göründüyü kimi, müdafiə naziri Azərbaycan ordusunun sonsuz əks-hücumlarından yorulub. Ordumuz Ohanyana son zamanlar az başağrısı vermir.

Bununla yanaşı, Ermənistanın hərbi qurumunun başçısı bildirib ki, hələ ki, genişmiqyaslı hərbi əməliyyatların başlaması ehtimalı aşağıdır, amma müharibəyə hazırlaşmaq lazımdır.

Bax, bu zaman o nəsə düz bir şey deyib, çünki özü də başa düşür ki, işğal edilmiş bütün Azərbaycan torpaqlarının azad ediləcəyi gün elə də uzaq deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar