AŞPA həmməruzəçiləri fevralda Azərbaycana gəlirlər
16 Dekabr 2011 Cümə 12:07
Həmməruzəçilər hazırlayacaqları məruzə ilə bağlı ətraflı faktlar toplayacaqlar.
Dekabrın 15-də Avropa Şurasının Parisdəki bürosunda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin qış sessiyası qarşısında növbəti toplantısı keçirilib. Azərbaycanın AŞPA yanında deputat qrupunun rəhbəri Səməd Seyidov AzərTAc-a verdiyi müsahibəsində bildirib ki, yığıncaqda Serbiya, Bosniya-Hersoqovina, Ukrayna, Rusiya Federasiyası, Gürcüstan, eləcə də Azərbaycanın Avropa Şurası qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti müzakirə olunub.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərindən ispaniyalı deputat Aqramunt Fon de Mora çıxış edib. O, hazırladığı məruzə ilə bağlı ölkəmizdə bir neçə dəfə olduğunu xatırladıb, son illər Azərbaycanda gedən proseslərə toxunub. Həmməruzəçi hazırlayacaqları məruzə ilə bağlı ətraflı fakt toplamaq məqsədi ilə həmkarı - Maltadan olan deputat Cozef Debano Qrexle birlikdə qış sessiyasından sonra, fevralın əvvəlində yenidən Azərbaycana səfər edəcəklərini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar