Roland Kobia ANS-in suallarına şeirlə cavab verdi
22 Aprel 2011 Cümə 10:06
Roland Kobia Hüseyn Cavidin sözlərindən misal verib: “Kəssə hər kəs tökülən qan izini, qurtaran dahi odur yer üzünü”.
“Avropa İttifaqı (Aİ) hər zaman Azərbaycanın dostu olub və olacaq, arada olan əməkdaşlığı inkişaf etdirməyə, genişləndirməyə çalışacaq”. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı daimi nümayəndəsi Roland Kobia ANS TV “Düzbucaq” proqramına verdiyi müsahibədə deyib.

Qeyd edək ki, bu gün aprelin 22-dir və Azərbaycanın Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalamasından 15 il ötür.

ANS Ayaz Mirzəyev: Salam hörmətli səfir.

Roland Kobia: Salam.

ANS Ayaz Mirzəyev:Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın başlamasının 15 illiyi barədə nə deyə bilərsiniz və keçən 15 ilə baxanda bu əməkdaşlıq haqqında hansı düşüncələr, hansı xoş xatirələr ortaya çıxır?

Roland Kobia: Azərbaycanla olan münasibətlər ondan daha əvvəlki müddətə təsadüf edir ki, bu da Azərbaycanın 90-cı illərdə müstəqillik qazanması dövrü ilə üst-üstə düşür. Əlbəttə o vaxtlardan bu əməkdaşlıq daha da inkişaf edib, daha da dərinləşib və daha da genişlənib. Demək olar ki, Aİ hər hansı bir ölkə ilə əməkdaşlığı zamanı mümkün ola biləcək bütün sahələri əhatə edir. Mən bunu niyə deyirəm? Tamaşaçılarımız bilməlidirlər ki, Aİ hər zaman, müstəqillik qazandığı ilk illərdən Azərbaycanın dostu kimi olub və Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin dediyi kimi – “Ey yolçu əgər düz yoldasansa həmin yolda vəfalı dost sənə dayaq olar”. Bu misraları da mən bu dostluğa misal çəkmək istəyirəm. Aİ hər zaman Azərbaycanın dostu olacaq və Azərbaycan da Füzulinin yolçusu kimi yolda olarkən Aİ ona yardım göstərməyə çalışacaq. Mən sizə yalnız bir rəqəmi (rəqəmlər çoxdur) deyim, biz həmin vaxtlardan Azərbaycanla ən mümkün bütün çeşidli sahələrdə əməkdaşlıq etməyə çalışmışıq və o zamandan bəri Azərbaycana 500 milyon avro məbləğində yardım göstərmişik. Əlbəttə Azərbaycan 90-cı illərdə olduğundan daha da zənginləşib, bu əməkdaşlığımız inkişaf edir və Azərbaycan o zamanlardan daha çox naliyyətlər əldə edib. Ancaq biz yenə də bu əməkdaşlığımızı genişləndirməyə, inkişaf etdirməyə hazırıq.

ANS Ayaz Mirzəyev: Birliyin prezidenti Barrozonun Bakı səfərindən sonra internetdə gündəmə gələn rəsmi məlumat anlaşılmazlığı artıq sovuşub. Yəni müəyyən qədər anlaşılmazlıq mühiti yaranmışdı. Sonra yenidən yeni bir anlaşılmazlıq mühiti hökm sürməyə başladı. Hətta bir müddət əvvəl sizi xarici işlər nazirliyinə çağırdılar. Nə baş verir və bu barədə nə deyə bilərsiniz?

Roland Kobia: Bilirsiniz, hər ailədə olduğu kimi müəyyən anlaşılmazlıqlar olur və bu normal bir haldır. Dünyada ölkələr arasında, insanlar arasında olan bir haldır. Bəzən bütün dünyada hər hansı bir ölkənin öz qonşusu ilə arasında anlaşılmazlığı ola bilər. Əsas odur ki, burda tərəflər öz rəylərini, öz fikirlərini bildirirlər. Biz buna ifadə azadlığı deyirik. Burda öz fikirlərini bildirirsənsə bu o demək deyil ki, biz və ya kimsə bizə qarşı çıxır. Yəni biz burada sadəcə fikir mübadiləsi aparırıq. Və biz burada öz fikirlərimizi bölüşürük. Bir tərəfdən bu dostluq baxımından çox yaxşıdır, yəni mənfəətlidir. Dostlar öz aralarında açıq danışa bilərlə. Bu tənqid etmək demək deyil. Hər hansı bir məsələni açıq demək bacarığıdır. XİN-ə çağırıldım və getdim. Mən orda dedim ki, biz sadəcə Azərbaycanın sazişlərə üzərinə götürdüyü hər hansı bir öhdəliklərini yerinə yetirməsini istəyirik. Azərbaycan bu öhdəlikləri könülsüz olaraq öz üzərinə götürməyib. Aİ elə bir qurum deyil ki, kiminsə üzərinə hansısa öhdəlikləri qoysun. Ancaq biz inanırıq ki, hər hansı bir ölkə ilə dialoqu saxlamaq, müzakirəni aparmaq lazımdır. Ola bilər ki, hansısa məsələdə razılıq əldə olunmasın. Ancaq bu normal bir haldır. Yəni konuskrutiv düşünüb məsələnin həll yolunu tapmaq lazımdır. Hər hansı bir tərəf məni harasa dəvət edəndə buna həmişə müsbət baxmışam, həmişə o dəvəti nikbinliklə qarşılamışam. Mən Azərbaycana il yarım əvvəl gələndə burda bir məsələyə çox valeh oldum. Bu da Azərbaycanda olan tolerantlıqdır. Doğurdan da Azərbaycanda tolerantlıq çox yüksək səviyyədədir. Azərbaycan öz fikirlərini bildirən müxtəlif insanlara qarşı da tolerant olmalıdır. Mənim üçün artıq bütün bu mövzular arxada qalıb. Mən indi gələcəyə baxıram. Ola bilsin ki, gördüyümüz işlər o qədər də nəzərə çarpmır. Amma gələcəkdə bu haqda daha çox məlumat yaymalıyıq. Ancaq biz həqiqətən də çox iş görmüşük. Mən yenə də sizin dahi şairiniz Hüseyn Cavidin sözlərindən misal vermək istəyirəm. “Kəssə hər kəs tökülən qan izini, qurtaran dahi odur yer üzünü”. Doğurdan da bu məsələdə biz sizə yardımçı olmaq istəyirik.

ANS Ayaz Mirzəyev:Çox sağolun. Müsahibə verdiyiniz üçün sizə minnətdaram. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar