Zahid Oruc partiyadan qovuldu
15 Avqust 2013 Cümə Axşamı 17:30
Fezail Ağamalı: Bundan bele Zahid Oruc ile bağlı bizim partiyamıza müraciet etmeyin.
Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc partiyadan qovulub. Qərar partiya rəhbərliyi tərəfindən bu gün verilib.
Bunu "virtualaz.org"a eksklüziv açıqlamasında AVP sədri, deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, Zahid Oruc son açıqlamalarından sonra partiyadan kənarlaşdırılıb: “Xahiş edirəm ki, bundan belə Zahid Orucla bağlı bizim partiyamıza müraciət etməyin.
Onun bizim partiyamıza daha heç bir aidiyyəti yoxdur”. F.Ağamalı partiyanın Z.Orucla bağlı rəsmi qərarının yaxın saatlarda yayılacağını bildirdi.
DOSTLARINLA PAYLAŞ: