Yaponiya səfiri Sabirabad rayonuna səfər edib
22 İyun 2011 Çərşənbə 15:56
Millət vəkili Ceyhun Osmanlının dəvəti ilə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Sabirabad rayonuna səfər edib.
“İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın APA-ya verdiyi məlumata görə, səfir öncə İcra Hakimiyyətində olub. Burada icra başçısının 1-ci müavini Vəfadar Bağırov tərəfindən səfirə Sabirabad rayonu haqqında, 2010-cu ildə baş vermiş sel-su fəlakəti barədə və fəlakətdən sonra aparılan yenidənqurma işləri haqqında məlumat verilib. Gənclər Mərkəzində Sabirabad gənclərinin asudə vaxtını səmərəli keçirmələri üçün yaradılan şəraitlə yaxından tanış olan səfir “İRƏLİ” İctimai Birliyinin Sabirabad nümayəndəliyi və Sabirabadda fəaliyyət göstərən online radio ilə də tanış olub və müsahibə verib. Səfər çərçivəsində səfir Şəfi Babayev adına Surra kənd tam orta məktəbinə gəlib və buradakı vəziyyət haqda geniş məlumat alıb. Daha sonra Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbinə gələn səfir burada aparılan təmir və yenidənqurma işləri ilə tanış olub. Səfirin şərəfinə verilən nahar ziyafətindən sonra rəsmilər Kür və Araz çaylarının qovşağında olublar. Bu iki çay Sabirabad rayonunda birləşdiyinə görə Sabirabadın Suqovuşan adı ilə də məşhur olduğu haqda səfirə məlumat verilib. APA
DOSTLARINLA PAYLAŞ: