Yaponiya Azərbaycandakı hərbi attaşesini təqdim edib
19 May 2010 Çərşənbə 12:00
Səfər Əbiyev Yaponiyanın ölkəmizdəki səfirini qəbul edib.
Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Yaponiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.
Səfir ölkəsinin Azərbaycana təyin olunan hərbi attaşesini müdafiə nazirinə təqdim edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: