Xəzər İbrahim NATO-nun baş katibi ilə görüşüb
17 İyun 2011 Cümə 18:16
Xəzər İbrahim NATO-nun baş katibi ilə görüşüb. Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olunub.
Bu gün NATO baş katibi Anders Foq Rasmussen tərəfindən qəbul edilib. Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, NATO-nun baş katibi Azərbaycanın NATO ilə güclü tərəfdaşlığını, xüsusən də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfəsini təqdir edib.

Səfir Xəzər İbrahim Azərbaycanın alyans ilə uzun və səmərəli əməkdaşlıq tarixini vurğulayıb və Əfqanıstan üçün zəruri olan təlim imkanlarının təqdim edilməsi üzrə son dövrdəki səyləri qeyd edib. Səfir həmçinin Rasmussenə regional məsələlər üzrə qiymətləndirməsini çatdırıb.

Rasmussen NATO-nun Azərbaycan ilə tərəfdaşlığının daha da inkişaf etməsini arzuladığını ifadə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar