Xaliq Bahadır: Əgər diktatura rejimi qurublarsa, məni İctimai Palatadan çıxarsınlar
29 İyun 2011 Çərşənbə 16:54
Xaliq Bahadır: Əgər diktatura rejimi qurublarsa, buyurub məni İctimai Palatadan çıxarsınlar. Mən bütün diktaturalar kimi onların da diktaturasına düşmən olacağam.
Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) və AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır İP-in digər üzvü, Müsavat Partiyasının funksioneri onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O, heç bir qanunu, heç bir demokratik norma və prinsipi pozan çıxış etmədiyini vurğulayıb: “Eşitmişəm, Pənah Hüseynov da haradasa deyib ki, Arif Hacılının adını çəkmək ağılsızlıqdır. Birincisi, kiminsə adını çəkməyi ağılsızlıq saymağın özü ağılsızlıqdır. İkincisi, mən Arif Hacılının adını harda çəkmişəm, onu desinlər. Mən demişəm ki, radioda Arif Hacılı ilə debatımız olub. Yəni bunu demək cinayətdir? Bunlar hansı düşüncənin sahibidirlər? Mən Arif Hacılını söyməmişəm, təhqir eləməmişəm. Nə bilirlər eləsinlər. Nə eləsələr üçqat, beşqat paylarını alacaqlar”.

Qeyd edək ki, İP-in və Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli mətbuata açıqlamasında deyib ki, təmsil olunduğu partiyanın rayon təşkilatlarının Sədrlər Şurası Xaliq Bahadırın İP-dən çıxarılması məsələsini qaldırıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar