Vyetnam Baş nazirinin müavini Bakıya gəlir
06 Aprel 2010 Çərşənbə Axşamı 13:30
Vyetnam Baş nazirinin müavini Bakıya gəlir. Səfər 7-10 aprel tarixlərində nəzərdə tutulub.
Vyetnam Sosialist Respublikasının Baş nazirinin müavini Hoang Çung Hayın Azərbaycana işgüzar səfəri nəzərdə tutulub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər 7-10 aprel tarixlərində baş tutacaq.
Səfər proqramı çərçivəsində qonağın 8 aprel tarixində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayevlə görüşü, həmçinin Sanqaçal neft terminalı ilə tanışlığı planlaşdırılıb.
Aprelin 9-da H.Çung Hayın Azərbaycan Dövlət Neft Akademiyasının müəllim və tələbə heyəti, həmçinin Azərbaycanın Baş naziri Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşləri nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: