Vulkan Elmar Məmmədyarovun planlarını pozdu
19 Aprel 2010 Bazar Ertəsi 10:15
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya səfərini təxirə salıb.
Avropada hava şəraitinin pis olması və uçuşların həyata keçirilməməsinə görə, 19-21 aprel tarixlərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Almaniya Federativ Respublikasına rəsmi səfəri müvəqqəti təxirə salınıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfərin yeni tarixi müəyyənləşdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: