Vəfa Quluzadə Türkiyə prezidentinin təbrikini təhqir adlandırdı
21 Fevral 2013 Cümə Axşamı 21:48
Vəfa Quluzadə : Abdulla Gül Serj Sarkisyanı təbrik etməklə Ermənistanda mövcud olan diktaturanı dəstəkləyir?
Türkiyə prezidenti Abdulla Gülün Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi Türkiyə üçün təhqirdir. Bu barədə “Trend”ə açıqlamasında politoloq Vəfa Quluzadə deyib. "Serj Sarkisyan Türkiyənin düşmənidir, Türkiyəni "erməni soyqırımı"nda ittiham edir və ölkəyə qarşı ərazi iddiaları ilə çıxış edir. Abdulla Gülün Serj Sarkisyanı ilk təbrik edənlərdən biri olmağa qərar verməsi anlaşılan deyil", - deyə o qeyd edib.
V.Quluzadə bildirib ki, Sarkisyanı Rusiya prezidenti Vladimir Putinin təbrik etməsi başa düşüləndir, Ermənistan Rusiyanın quberniyasıdır. Lakin Gülün işğalçı ölkənin prezidentini təbrik etməsini anlamaq mümkün deyil.
"Məlumdur ki, Sarkisyan ölkədə seçkiləri saxtalaşdırıb və Ermənistanın demokratik yönlü əhalisinin düşmənidir. Gül təbriki ilə Ermənistanda mövcud olan diktaturanı dəstəkləyir?", - deyə politoloq vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: