Ümid Partiyasında yeni teyinatlar olub
09 Noyabr 2013 Şənbə 20:55
Enver Ağazade yeniden Ümid Partiyası Ali Meclisin sedri seçilib.
Bu gün Ümid Partiyasının Merkezi Qerargahında partiyanın Ali Meclisinin sessiyası keçirilib. Sessiyada millet vekili Ümid Partiyasının sedri İqbal Ağazade iştirak edib.
ANS PRESS-in Modern.az-a istinaden verdiyi melumata göre, qurultaydan sonra ilk defe keçirildiyi üçün sessiyanı gündeliyine teşkilat meselesi, Ali Meclis rehberliyinin seçilmesi, Ümid Partiyası sedrinin serencamlarının tesdiqi ve cari mesele çıxarılıb.
Önce teşkilat meselesine baxılıb ve enver Ağazade yeniden Ümid Partiyası Ali Meclisin sedri, Ali Meclisin katibi Anar İsayev ve Sumqayıt Şeher Teşkilatının sedri Elşad Rzayev Ali Meclis sedrinin müavinleri, Qadınlar Teşkilatının üzvü Heşimova Güneş Ali Meclisin katibi vezifelerine seçilibler. Sonra Ali Meclis qurultaydan sonra Ümid Partiyası sedrinin verdiyi serencamları tesdiq edib.
Sessiyada partiya sedri İqbal Ağazade Ali Meclis üzvlerini ve Azerbaycan xalqını Milli Bayraq günü münasibeti ile tebrik etdikden sonra, ictimai-siyasi veziyyetle bağlı geniş meruze ile çıxış edib.
O, çıxışında, 9 oktyabr prezident seçkilerine, ölke daxili, beynelxalq ve regiondakı ictimai-siyasi veziyyete, son dövrler dünyada, xüsusile qonşu dövletlerde baş veren prosesler ve proseslerin Azerbaycana tesiri, partiyanın gelecek fealiyyet istiqametleri ve qarşıda duran vezifelere münasibet bildirib ve Ali Meclis üzvlerine öz tövsiyelerini etdi.
DOSTLARINLA PAYLAŞ: