Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana gələcək
23 Aprel 2011 Şənbə 15:41
Bu barədə Ukrayna prezidenti Viktor Yanukoviçin mətbuat xidməti məlumat yayıb.
Ukrayna prezidenti Viktor Yanukoviç aprelin 28-də Azərbaycana rəsmi səfər edəcək. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, aprelin 21-i Azərbaycanda səfərdə olan Ukrayna baş nazirinin müavini Andrey Klyuyev prezident Viktor Yanukoviç gələn həftə Azərbaycana rəsmi səfərə gələcəyini bildirmişdi.

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclasında iştirak edən baş nazir müavini, səfərdə məqsədinin Ukrayna prezidentinin gələn həftə Azərbaycana reallaşacaq səfərinə hazırlıq olduğunu da qeyd edib.

Ukrayna prezidenti Viktor Yanukoviç hələ Davosda olarkən 2011-ci ildə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar