Türkiyənin iqtisadiyyat naziri Azərbaycana gələcək
11 Avqust 2012 Şənbə 13:33
Zəfər Çağlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşündə iştirak edəcək.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan avqustun 13-də Azərbaycana gələcək. APA-nın məlumatına görə, səfərdə məqsəd Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşündə iştirak etməkdir. Avqustun 14-də keçiriləcək tədbirə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qazaxıstanın iqtisadi inkişaf və ticarət naziri Bakıjxan Sagintayev, Qırğızıstanın iqtisadiyyat və rəqabət siyasəti naziri Temir Sariyev də qatılacaq. Zəfər Çağlayan Azərbaycan səfəri çərçivəsində Azərbaycan prezidenti tərəfindən qəbul olunacaq, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qazaxıstan və Qırğızıstanın nazirləri ilə təkbətək görüşlər keçirəcək. Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Türkiyəyə 1.4 milyard dollarlıq məhsul ixrac edib, Türkiyədən isə 2 milyard dollar həcmində məhsul idxal olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar