Türkiyənin baş naziri Azərbaycana gəlib
17 May 2010 Bazar Ertəsi 12:55
Azərbaycanla Türkiyə arasında qaz müqaviləsinin imzalanacağı gözlənilir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya rəsmi səfərə gəlib. ANS TV-nin xüsusi müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, Türkiyə baş nazirinin olduğu təyyarə Heydər Əliyev adına hava limanında yerə enib.

Qeyd edək ki, səfər zamanı müzakirə ediləcək əsas məsələ Dağlıq Qarabağ münaqişəsi olacaq. Eyni zamanda Azərbaycanla Türkiyə arasında uzun müddətdir müzakirə olunan qaz müqaviləsinin imzalanacağı gözlənilir.

Bundan başqa gündəlikdə iki ölkə arasında strateji məsələlər və vizanın ləğvi də var. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıda Mustafa Kamal Atatürkün heykəlinin açılışında iştirakı da gözlənilir.

Qeyd edək ki, Türkiyə cümhiriyyətinin banisi Mustafa Kamal Atatürkün heykəli Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində - Türkiyə səfirliyinin qarşısında qoyulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar