APA-nın Türkiyə hökumətinə yaxınlığı ilə tanınan nüfuzlu “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan noyabrın 11-də rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərar orqanındakı çıxışında Azərbaycanla viza rejiminin ləğvi barədə prinsip anlaşması əldə edildiyini açıqlayıb. O, yaxın günlərdə Türkiyəyə gələcək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun səfəri zamanı müvafiq saziş imzalanacağını deyib.
Xatırladaq ki, Türkiyə bu yaxınlarda Suriya ilə vizasız rejim barədə razılığa gəlib. İordaniya ilə də analoji sazişin imzalanacağı gözlənilir. ANSPRESS