Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri dəyişib
01 Noyabr 2011 Çərşənbə Axşamı 12:10
Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri dəyişib. Bu barədə APA-ya TBMM-dən məlumat verilib.
Dostluq qrupunun yeni rəhbəri Adanadan olan millət vəkili Necdət Ünüvar seçilib. N. Ünüvar hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edir. O, eyni zamanda parlamentin Plan və Büdcə Komissiyasının üzvüdür.
DOSTLARINLA PAYLAŞ: