Tina Kaydenau Bakıya gəlir
24 Aprel 2011 Bazar 19:08
Amerikalı diplomat Tina Kaydenau Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşü planlaşdırılır.
ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydenaunun bir neçə saatından sonra Bakıya səfər edəcəyi gözlənilir. Səfər çərçivəsində qonağın sabah prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır.

Danışıqlarda Dağlıq Qarabağ probleminin həlli yollarının, regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar