Tacikistan prezidenti Azərbaycana rəsmi səfərə gələcək
28 İyun 2012 Cümə Axşamı 14:06
İmoməli Raxmon Bakıda İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirməyi planlaşdırır.
Tacikistan Prezidenti İmoməli Raxmon iyulun 12-13-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə cümə axşamı Trend-ə Tacikistanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Mənbənin sözlərinə görə, səfərin tədbirlər planı hələ tam razılaşdırılmayıb.
Raxmonun Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirməsi planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: