Süleyman Dəmirəl Cəmil Həsənliyə dəstək verəcək
30 Avqust 2013 Cümə 08:08
Türkiyə siyasi dairələri tərəfindən Milli Şuranın vahid namizədinə olan münasibətin nəbzini tutmaq üçün Süleyman Dəmirəllə görülər nəzərdə tutulub.
Rüstəm İbrahimbəyovun namizədliyinin suya düşməsindən və Milli Şuranın prezidentliyə vahid namizəd kimi Cəmil Həsənlinin irəli sürülməsindən sonra, AXCP və Müsavatın Türkiyədəki tərəfdarları da hərəkətə keçib.
ANS PRESS-in Vətəninfo.az-a istinadən verdiyi məlumata görə, Müsavat Partiyasına yaxınlığı ilə bilinən Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzinin sədri Cəmil Ünal və Mehmet Müştak, Əkrəm Oruçoğlu, Səlçuk Önal və Tuncər Kırhan Cəmil Həsənlinin namizədliyinin Türkiyənin siyasi dairələri tərəfindən dəstəklənməsi istiqamətində fəaliyyətə başlayıblar.
Məlumata görə, Türkiyə siyasi dairələri tərəfindən Milli Şuranın vahid namizədinə olan münasibətin nəbzini tutmağa çalışan Cəmil Ünal və həmkarlarının qardaş Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmirəllə də görülərinin nəzərdə tutulduğu bildirilir.
Artıq S.Dəmirəllə görüş üçün randevu alınıb və yaxın günlərdə bu görüş baş tutacaq. Məlumata görə, İsa Qəmbərin Cəmil Həsənlinin lehinə seçkidən çəkilməsi və vahid namizəd məsələsində Milli Şurada monalitliyin təminatına dəstək olması Müsavatla yüksək əməkdaşlıq əlaqələri olan qardaş ölkənin müxtəlif siyasi dairələri C.Həsənlinin lehinə toplanan imzaların təsdiqindən sonrakı mərhələdə Milli Şuraya dəstək mesajları verə bilərlər.
Bu sırada mərhum Muhsin Yazıcıoğlunun qurucusu olduğu Böyük Birlik Partiyasının ilk bu səpkidə bəyanat verəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: