Slovakiyanın xarici işlər naziri Azərbaycana gəlir
12 Mart 2010 Cümə 14:50
Səfər cari ilin 14-16 mart tarixlərində baş tutacaq
Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfər cari ilin 14-16 mart tarixlərində baş tutacaq.
Məlumatda bildirilir ki, səfər çərçivəsində Layçakın həmkarı Elmar Məmmədyarov və Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşləri nəzərdə tutulub.
“Görüşlər zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, ölkələr arasında əməkdaşlığın perspektiv istiqamətləri, regional və digər məsələlərin müzakirəsi gözlənilir. XİN-də keçiriləcək görüşdən sonra mətbuat nümayəndələri üçün hər iki xarici işlər naziri birgə mətbuat konfransı keçirəcək”, - deyə XİN-in məlumatında bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: