Siyasi partiyaların dövlət büdcəsindən 2013-cü ildə maliyyələşəcək
19 İyul 2012 Cümə Axşamı 11:33
Bununla əlaqədar gələn ilin dövlət büdcəsində vəsait nəzərdə tutulacaq.
Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi 2013-cü ildən həyata keçiriləcək. Bununla əlaqədar Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində vəsait nəzərdə tutulacaq.

AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
S.Mirzəyev bildirib ki, Milli Məclisin 2012-ci ilin yaz sessiyasında “Siyasi partiyalar haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” Qanun qəbul edilib. Qanun artıq qüvvəyə minib. Bu dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi və qaydaları əksini tapıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar