Səudiyyə Ərəbistanı kralı İlham Əliyevə məktub ünvanlayıb
23 May 2013 Cümə Axşamı 17:58
İki müqəddəs məscidin xadimi ən səmimi təbriklərini çatdırıb.
İki müqəddəs məscidin xadimi, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud 28 May Respublika günü münasibətilə Azərbaycan xalqı və prezident İlham Əliyeva təbrik məktubu ünvanlayıb. Məktubda bildirilir:

"İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuddən
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik".


DOSTLARINLA PAYLAŞ:

oyunlar