Sərhədlərin açılması Məclisdə müzakirə ediləcək
11 Aprel 2009 Şənbə 20:05
Milli Məclisin növbəti iclası aprelin 14-də keçiriləcək

Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ Milli Məclisin aprelin 14-də keçiriləcək növbəti iclasında da geniş müzakirə ediləcək. Parlamentarilər məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər.
İclasda həmçinin Milli Məclisin daimi komitələrinin işinin təşkil olunması, daimi komitələrin tərkibinin müəyyən edilməsi, İctimai televiziyanın yayım şurasının tərkibinə dəyişiklik edilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq. Bundan başqa, deputatlar «Xüsusi iqtisadi zonalar haqqında», «Dərman vasitələri haqqında», «Bəzi rayonların inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında» qanun layihələrinə də münasibət bildirəcəklər. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar