Serdar Celaloğlu Cemil Hesenlini müdafie etdi
20 Sentyabr 2013 Cümə 16:21
Serdar Celaloğlu: Hafiz Hacıyevin Cemil Hesenliye qarşı etdiyi hereket eslinde hakimiyyete ve onun seçkilerle bağlı strategiyasına birbaşa cidd zerbe vurdu.
"MSK mütləq dünən İTV-də prezidentliyə namizədlər arasında baş verən hadisəyə hüquqi qiymət verməlidir." ANS PRESS-in məlumatına görə, bu sözləri Avropa.info-ya açıqlamasında prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun dediyinə görə, dünən televiziyada Hafiz Hacıyevin Cəmil Həsənliyə qarşı etdiyi hərəkət əslində hakimiyyətə və onun seçkilərlə bağlı strategiyasına birbaşa cidd zərbə vurdu: "Düzdü Hafiz Hacıyev çıxışına YAP sədrinin müavini Əli Əhmədov öz əl və mimika hərəkətləri etiraz edərək onu sakitləşməyə çalışsa da bu alınmadı. Digər namizədlər də onun bu hərəkətinə etiraz etdilər ta o vaxtadək ki, Cəmil Həsənli ölkə başçısı və onun ailəsi haqqında fikirlər işlənədək. Ondan sonra ara qarışdı məzhəb itdi. Bu heç də prezidentliyə namizədlər üçün yaxşı olan hal deyildi. Çünki ictimiayyət bizdən nəsə daha ciddi məslələrin həllini, xoş bir ünsiyyət gözlədiyi halda biz onlara nə verdik? Axı bunu təkcə biz deyil digərləri də izləyir. Onlar bizim haqqımızda nə düşünəcək və deyəcək ki, vay bu xalqın halına ki, gör nə vəziyyətdədirlər. Ona görə də orada baş verənlərə görə mən özüm xəcalət çəkirəm və seçicilərədən üzr istəyirəm. Bu baxımdan MSK məsələ ilə bağlı ciddi hüquqi ölçü götürməli və hüquqi qiymət verməlidir”.

S. Cəlaloğlu ona da aydınlıq gətirdi ki. MSK bu məsləni araşdıranda C. Həsənlini deyil, H. Hacıyevi cəzalandırmalıdır : “Çünki C. Həsənlidən fərqli olaraq Hafiz Hacıyev orada təhqiramiz ifadələr işlətdi və o başladı. Ona gərə də cəzalandırılmalı bir şəsx varsa da o da Hafiz Hacıyevdir. Cəmil Həsənliyə isə müəyyən xəbərdarlıq edilə bilər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar