Səfir Hulusi Kılıç: “Araz Əzimov düz danışmayıb”
18 Mart 2011 Cümə 12:06
Səfir Hulusi Kılıç: “Araz Əzimovun söylədikləri onun öz fikirləridir. Türkiyənin siyasəti güclü siyasətdir. Mən hər halda onun səhv danışdığını düşünürəm”.
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun fikirlərinə münasibət bildirərkən deyib. Səfir bəyan edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hamıya bəllidir: “Buna əlavə şərh verməyə ehtiyac yoxdur”.
Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin “CNN-Türk” telekanalına açıqlamasında bildirib ki, Ankara Sürix protokollarına imza atmaqla Qarabağ münaqişəsinin həllini çətinləşdirib: “Bu protokollar bizi böhran vəziyyətinə gətirdi. Bir tərəfdən vəziyyəti çətinləşdirdi. Digər tərəfdən, normalaşma prosesi də dayandırıldı və Qarabağ məsələsində irəliləyiş əldə edilmədi”. APA
DOSTLARINLA PAYLAŞ: