Səfər Əbiyev NATO iclasında çıxış edib
10 Oktyabr 2012 Çərşənbə 21:14
Azərbaycan İSAF əməliyyatı yekunlaşandan sonra da Əfqanıstana yardımlarını davam etdirəcək.
Brüsseldə Şimali Atlantik Şurasının Əfqanıstana həsr olunmuş iclasında çıxış edən Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Azərbaycanın İSAF əməliyyatının yekunlaşacağı 2014-cü ildən sonra da Əfqanıstana yardımlarını davam etdirəcəyini vurğulayıb. Azərbaycanın NATO yanındakı nümayəndəliyindən ANS-ə verilən məlumata görə, Səfər Əbiyev həmçinin qeyd edib ki, beynəlxalq hüquq və NATO prinsiplərinin kobud pozulması yolu ilə Azərbaycan torpaqlarının işğalının yaratdığı gərginlik ölkəmizin bu istiqamətdəki səylərini məhdudlaşdırır.

Habelə müxtəlif bəhanələrlə status-kvonun saxlanılması və işğalın davam etdirilməsinin avroatlantik təhlükəsizliyə ciddi təhdid törətdiyi vurğulanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar