Səfər Əbiyev Moskvaya səfər edib
26 May 2010 Çərşənbə 09:45
Səfər Əbiyevin səfəri Rusiya müdafiə nazirinin dəvəti ilə baş tutub.
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun dəvəti ilə Moskvaya işgüzar səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə nazirlərinin görüşündə regional təhlükəsizlik məsələlərinin, hərbi sahədə əməkdaşlığın gedişi və perspektivlərinin müzakirəsi nəzərdə tutulur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar