Səfər Əbiyev Malaziyanın baş nazir departamentinin naziri görüşüb
28 İyun 2012 Cümə Axşamı 15:28
Görüşdə müstəqillik əldə edən Azərbaycanın 20 il ərzində inkişaf yolu barədə söhbət açılıb.
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Malaziyanın baş nazirinin departamentinin naziri Dato Seri Mohamed Nazri bin Azizi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müstəqillik əldə edən Azərbaycanın 20 il ərzində inkişaf yolu barədə söhbət açan nazir Səfər Əbiyev bölgədəki hərbi-siyasi vəziyyət barədə də qonağı məlumatlandırıb. Görüşdə ölkələrarası hərbi əməkdaşlığın qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar