Səfər Əbiyev eks-prezidentlə görüşüb
31 May 2013 Cümə 17:24
Müdafiə naziri qonağa Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verib.
Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçlə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın mövcud inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.
Nazir Səfər Əbiyev hörmətli qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Ermənistanın təcavüzkar siyasəti barədə də məlumatlandırıb.
Görüşdə Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drajen Xrastiç də iştirak edib.
DOSTLARINLA PAYLAŞ: