Səfər Əbiyev Britaniyanın yeni səfirini qəbul edib
03 Noyabr 2011 Cümə Axşamı 11:42
Görüşdə Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmeni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir Səfər Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək ona uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında hərbi əlaqələrin mövcud durumu, regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar