SAM-ın direktor müavini İtaliyaya səfər edib
16 Noyabr 2011 Çərşənbə 18:14
Noyabrın 7-12-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva İtaliyaya səfər edib.
 Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfirlik tərəfindən təşkil edilmiş səfər çərçivəsində G. Paşayeva Milan şəhərində İtaliyanın aparıcı tədqiqat mərkəzlərindən biri sayılan Beynəlxalq Siyasi Elmlər İnstitutu ilə SAM arasında Anlaşma Memorandumu imzalayıb. Həmin sənəd iki tədqiqat qurumu arasında mövcud olan əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi üçün şərait yaradacaq.

Bundan əlavə, G. Paşayevanın İtaliyanın Trentio-Alto-Adice regionuna səfəri, Trentino əyalət parlamentinin spikeri Bruno Doriqattio və Alto-Adice yerli hökumətin başçısı Lui Durnvalder ilə görüşləri təşkil olunub. G. Paşayeva həmçinin Trento və Bolzano şəhərlərində yerləşən təhsil və elmi-tədqiqat qurumlarının nümayəndələri ilə görüşərək, SAM-la bu qurumlar arasında əməkdaşlıq imkanlarını müzakirə edib.

G. Paşayeva daha sonra Romada İtaliya parlamentinin Regional məsələlər üzrə parlament komissiyasının, Regionlarla Əlaqələr Nazirliyinin və Romadakı Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar