Sabah Metyu Brayza Bakıya gəlir
05 Fevral 2011 Şənbə 21:35
Sabah Metyu Brayza Bakıya gəlir. Bu barədə ANS-ə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza sabah Bakıya gəlir. Bu barədə ANS-ə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Qeyd edək ki, Birləmiş Ştatlar prezidenti Barak Obama 2010-cu il 30 dekabr tarixində xüsusi səlahiyyətindən istifadə edərək Konqresin tətildə olduğu bir vaxtda Metyu Brayza da daxil olmaqla, müxtəlif vəzifələrə namizəd olan 6 nəfəri Senatın təsdiqi olmadan səfir təyin edib. Ölkə konstitusiyasına görə, ABŞ prezidentinə Senat tətildə olarkən, ölkədəki əsas vəzifələrə təyinat etmək hüququ verilir. ABŞ qanunvericiliyinə əsasən, bu cür üsulla təyin olunmuş şəxs öz vəzifəsində Senatın növbəti sessiyasının bitməsinə qədər işləyə bilər. Bu halda isə Metyu Brayza Azərbaycandakı səfir vəzifəsində Senatın əlavə təsdiqi olmadan yalnız 1 il ərzində çalışa bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar