Rüstem İbrahimbeyov eks-nazirin jestini alqışladı
24 İyun 2013 Bazar Ertəsi 11:06
Rüstem İbrahimbeyov: Eli İnsanovun bu desteyi seçkilerde bize kömek edecek.
Milli Şura sədri, kinodramaturq Rüstəm İbrahimbəyov sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun Milli Şuraya dəstək verməsi ilə bağlı məsələyə münasibət bildirib. Modern.az-ın məlumatına görə, R.İbrahimbəyov "Azadlıq"a müsahibəsində Əli İnsanovun bu addımını müsbət qiymətləndirərək onun azadlığa buraxılmasını tələb edib.

Milli Şura sədrinin sözlərinə görə, Ə.İnsanovun müxalifətə verdiyi dəstək seçkilərdə onlara yardım edəcək.

“Belə bir bəyanatın, dəstəyin verilməsinə çox şadam. Əli İnsanov görkəmli alimdir. Düşünürəm ki, onu günahsız olaraq azadlıqdan məhrum ediblər. Əli İnsanovun tərəfdarları çoxdur. Düşünürəm ki, onun bu dəstəyi seçkilərdə yardımçımız olar. Biz dəfələrlə demişik ki, Əli İnsanov azadlığa buraxılmalıdır və bu istiqamətdə əlimizdən gələni etmişik”, - deyə R.İbrahimbəyov eks-nazirin jestini alqışlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar