Rusiyanın müdafiə naziri bu gün səhər Bakıya gəlib
01 Avqust 2009 Şənbə 13:25
Anatoli Serdyukov Qəbələ RLS-ə baş çəkəcəyi istisna edilmir

 

Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov şənbə günü səhər saatlarında Bakıya gəlib. "Turan"a məlumatlı mənbələrdən daxil olan xəbərə görə, səfərin məqsədi hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etməkdən ibarətdir.
Səfər proqramına Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə və ölkənin siyasi rəhbərliyi ilə danışıqlar daxildir.

Serdyukovun Qəbələ RLS-ə baş çəkəcəyi istisna edilmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən səfərin işgüzar xarakterli olduğunu və qarşılıqlı maraq doğuran məsələlər üzrə danışıqlar aparılacağını təsdiq ediblər. /Turan/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar