Rusiya Qafqazı itirəcək
31 İyul 2009 Cümə 19:30
Valeriya Novodvorskaya hesab edir ki, Medvedevin Cənubi Osetiyaya səfəri Rusiya üçün ləkədir

 

Rusiyanın məşhur müxalifətçisi Valeriya Novodvorskaya bildirib ki, prezident Dmitri Medvedevin Cənubi Osetiyaya səfəri qanunsuz olub. ANS PRESS-in “Abkhazeti” portalına istinadən verdiyi xəbərə görə, bu, dəyişməyən və SSRİ kimi qalan ölkəyə üçün ləkədir.

“Mən cənab Medvedevin hüquq fakultəsində nə öyrəndiyini bilmirəm, lakin açıq-aşkar görünür ki, o beynəlxalq hüquq üzrə bütün mühazirələri buraxıb”, -deyə o bildirib.

"Sözsüz ki, bu SSRİ kimi qalan ölkə üçün böyük ləkədir. Mən hadisələrin inkişafı üzrə bir varinat irəli sürürəm - Rusiya Qafqazı itirəcək”, - deyə Novodvorskaya vurğulayıb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar