Rusiya Dövlət Dumasının sədri İlham Əliyevi təbrik etdi
11 Oktyabr 2013 Cümə 18:08
Sergey Narışkin Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da dərinləşəcəyinə ümid etdiyini bildirib.
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Sergey Narışkin İlham Əliyevi prezident seçilməsi ilə bağlı təbrik edib. ANS PRESS-in "AzərTAc"a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu!
Yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin inamlı qələbənizlə başa çatmış, MDB-nin müşahidəçilər missiyasının qeyd etdiyi kimi, açıq və azad şəkildə keçirilmiş seçkilər bir daha göstərmişdir ki, Azərbaycan rəhbərliyinin ölkənin dövlət və ictimai sistemlərinin daha da təkmilləşdirilməsi xətti əhali tərəfindən geniş dəstəklənir.

Əminəm ki, Sizin dövləti fəaliyyətdə zəngin təcrübəniz, yüksək siyasi nüfuzunuz və bəşəri müdrikliyiniz bundan sonra da respublikanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, ölkələrimizin xalqlarının rifahı naminə çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının Prezidenti kimi məsul vəzifədə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram".


DOSTLARINLA PAYLAŞ:

oyunlar